azia.az
azia.az

Əmanətlər qaytarılanda faiz gəlirləri bu şərtlə veriləcək

5-02-2016, 09:39

Əmanətlər qaytarılanda faiz gəlirləri bu şərtlə veriləcək Bu hal sığortalanan əmanətin 30 min manatı keçməsi zamanı baş verir.

Artıq son 2 həftədə lisenziyası ləğv edilən banklardakı sığortalanan əmanətlərin qaytarılması posesi davam edir. Amma vətəndaşları bir məqam düşündürür. Qoyduğu əmanəti geri alan vətəndaş onun faizlərini də əldə edə biləcəkmi?
Bağlanan bankların müştərilərinə kompensasiya olunan əmanətlərinin qaytarılması zamanı yaranan suallardan biri faiz gəlirlərinin qaytarılması ilə bağlıdır. Müştərilər banka yerləşdirdikləri əmanətlərinin illik faizini sığortalanmış əmanəti ilə geri ala bilmədiklərini deyirlər. Bu məsələdə qeyri-müəyyənlik yaranır. Əmanətlərin Sığortlanması Fondunun icraçı direktoru Azad Cavadov bildirir ki, bu hal sığortalanan əmanətin 30 min manatı keçməsi zamanı baş verir.
Rəsmilər bu cür halların yaşanmaması üçün bank əmanətçilərinə hesablarını nəzarətdə saxlamağı tövsiyyə edir. Əmanət faizlərini vaxtında götürmək, faiz gəlirləri ilə birlikdə əmanətin həcmi 30 min manatı ötərkən vəsaiti iki ayrı hesaba qoymaq lazımdır.
Dekabrın 21-dən sonra manatın üzən məzənnəyə keçməsi, dolların qiymətinin qalxması ən çox banklarla bağlı problemləri ortaya çıxardı. Devalvasiyadan sonra insanları düşündürən ən vacib məsələlərdən biri banklardakı kredit və əmanətlərinin taleyidir. Hətta bəzi banklar büdcələrində kifayət qədər pulun olmaması səbəbindən insanların əmanətlərini verməkdən imtina edib, bəzilərində isə dollarla krediti olanların krediti ödəməkdə çətinlik çəkməsi müştəri ilə banklar arasında anlaşılmazlıq yaradır.
Bu səbəbdən ötən il dekabrın 26-da Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin kommersiya bankları ilə görüş keçirib. Görüşdə bankların konsolidasiya (birləşməsi) məsələsi, dollarla krediti olan müştərilərin problemlərinin həlli əsas mövzulardan biri olub.
Elə bu səbəbdən Azərbaycanda bir neçə bankın lisenziyası ləğv edilib, bəziləri isə birləşərək fəaliyyət göstərir. Buna əsas səbəb isə onların Mərkəzi Bankın məcburi kapitalla bağlı minimum tələblərinə əməl edə bilməməsidir.
Çünki Mərkəzi Bank məcburi kapital məbləğini 10 milyon manatdan 50 milyon manata qədər artırmışdı. 2015-ci ilin yanvar ayında isə həmin tələbi ödəyə bilməyən bankların lisenziyalarının ləğv edilməsi haqqında qərar qəbul edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi