azia.az
azia.az

Obama Kubaya tarixi səfər edəcək

18-02-2016, 10:54

Obama Kubaya tarixi səfər edəcək ABŞ prezidenti Barak Obama mart ayında Kubaya səfər etmək niyyətindədir.
Bu barədə Reuters agentliyinə Ağ Evdəki mənbədən bildirilib.
Ötən ilin dekabrında Barak Obama Kubaya səfər etməyə hazır olduğunu bəyan etmişdi. Bununla belə ABŞ prezidenti şərt qoyub: “Mənə sıravi vətəndaşlarla, istədiyim şəxslərlə ünsiyyətdə olmaq imkanı yaradılsa, Kubaya səfər etməyə hazıram”.
Qeyd olunur ki, rəsmi Vaşinqton Kuba inqilabından sonra bu ölkədə ilk ABŞ istehsal müəssisəsinin inşasına dair yerli hökumətlə razılığa gəlib. Rəsmi Vaşinqton həmçinin Kuba üzərindən bir sıra iqtisadi sanksiyaları aradan qaldırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi