azia.az
azia.az

Saakaşvili Ukraynadakı parlament seçkilərinə buraxıldı

21-06-2019, 16:31

Saakaşvili Ukraynadakı parlament seçkilərinə buraxıldı
Kiyev şəhərinin Peçera Rayon Məhkəməsi Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin Ukrayna ərazisində 23 fevral 2014-cü il tarixindən 6 iyun 2019-cu il tarixinədək, yəni 5 ildən artıq sərasər yaşadığını müəyyənləşdirərək, iyulun 21-də növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürə biləcəyini qərarlaşdırıb. Bu barədə RİA "Novosti” xəbər verib. Xatırladaq ki, bu il mayın 28-də Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkə vətəndaşlığına qaytardığı M.Saakaşvili ertəsi gün Ukraynaya gələrək parlament seçkilərində namizəd olacağını açıqlamışdı. Ukrayna parlamentinə seçkilər oktyabr ayında keçirmək nəzərdə tutulurdusa da, may ayında Prezident V.Zelenski Radanı erkən buraxaraq iyulun 21-də növbədənkənar seçkilər keçiriləcəyi barədə fərman imzalayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi