azia.az
azia.az

Xırdalanda möhtəşəm Dövlət Bayrağı bayramı

9-11-2018, 01:15

Xırdalanda möhtəşəm Dövlət Bayrağı bayramı

Azia.az təqdim edir. 8 noyabrda Dövlət bayrağı günü Xırdalan şəhərində təntənə ilə qeyd edildi. Hər il olduğu kimi bu ildə Abşeron Rayon İcra Hakimiyyəti Bayraq Gününün təntənə ilə qeyd edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb. Qeyd edək ki, builki bayram yürüşü minlərlə insanın iştirakı ilə yadda qalıb. Bayram münasibətilə Hər tərəf üçrəngli bayrağımızla bəzədilib. Azərbaycan xalqının qürur mənbəyi və iftixarı və dövlət müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımız milli ideologiyamızın təməl prinsiplərini tam mənası ilə izah edir. Tədbirdə bayrağın bayraq kimi dalğalanmasının tarixindən söhbət açılıb. Həmçinin qeyd edildi ki, Bayrağımız Azərbaycanın ərazi bütövlüyünün və toxunulmazlığının, dünya azərbaycanlılarının mənəvi-siyasi və mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin təminatçısıdır. Üçrəngli bayraqdan söz açaraq bildirildi ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.
2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-unu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.
Milli musiqimizin sədaları altında rayonun minlərlə sakini ümummilli liderin adını daşıyan parkdakı Bayraq Meydanına doğru hərəkət ediblər. Tədbirdə rayonun hüquq- mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər . Tədbir Xırdalan mədəniyyət evində böyük coşqu ilə davam edib.
Bayram tədbirində respublikanın tanınmış incəsənət ustaları Vətənimizə, bayrağımıza həsr olunan mahnılar ifa ediblər. Uşaq Musiqi və İncəsənət məktəblərinin çıxışı maraqla qarşılanıb. Ədəbi bədii kompozisiyalar nümayiş olunub.

Azia.az

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi