azia.az
azia.az

Lənkəranda peşə bayramı qeyd olundu

28-08-2017, 17:45

Lənkəranda peşə bayramı qeyd olundu


Dövlət qulluqçularının peşə bayramı münasibətilə Lənkəranda tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdən əvvəl Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, İcra aparatının kollektivi və rayonda müxtəlif idarələrdə çalışan dövlət qulluqçuları Heydər Əliyev Xatirə Parkına gələrək abidəni ziyarət ediblər.

Tədbiri giriş sözü ilə açan İcra başçısı T.Qaraşov dövlət qulluqçularına təbriklərini çatdıraraq qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin inkişafında və möhkəmlənməsində dövlət qulluqçuları səylə çalışır. Lənkəran rayonunda çalışan dövlət qulluqçularının da rayonda siyasi sabitliyin, sağlam ab-havanın, işgüzar əhval-ruhiyyənin təmin olunmasında əməyinin böyük olduğunu diqqətə çatdıran İcra başçısı dövlət qulluqçularının hazırlanmasına, təhsilinə, iş təcrübəsinin təkmilləşdirilməsinə müntəzəm olaraq qayğı göstərildiyini və işdə fərqlənən kadrların əməyinin ədalətli şəkildə qiymətləndirilməsinə ölkə Prezidenti tərəfindən yüksək qiymət verildiyini xüsusi qeyd edib.

Natiq Şilavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Afət Əkbərovun “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmasına görə prezident İlham Əliyevə rayon ictimaiyyəti adından minnətdarlığını ifadə edib.

Tədbirin sonunda dövlət qulluğunda fərqlənənlərin bir qrupuna Lənkəran ŞİH-nin Fəxri Fərmanları təqdim olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi