azia.az
azia.az

Mingəçevir su anbarında batan şəxsin cəsədi tapıldı - YENİLƏNİB

25-05-2017, 19:43

Fövqəladə Hallar Nazirliyi Yevlax rayonu, Xanabad kəndində su anbarında, çimərkən batdığı ehtimal olunan 1999-cu il təvəllüdlü Bəkirov Aslan Eldəniz oğlu barədə məlumat yayıb. azia.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, A.Bəkirovun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 18:48-də başa çatıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi