azia.az
azia.az

Qubanın da öz TALANÇILARI VAR... - Suleyman Kərimov fəaliyyətə necə başladı...

4-07-2021, 12:46


Bu günlərdə Zaur Mikayılovun Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilməsinin 3 ayı tamam olacaq. Quba rayon Suvarma Sistemləri İdarəsində isə kadr dəyişiklikliyi ötən ilin dekabr ayında baş tutub. Suleyman Kərimovun artıq 7 aydır Quba rayon Suvarma Sistemləri İdarəsinin rəisi olmasına baxmayaraq Səhmdar Cəmiyyətin rəsmi elektron portalında Nazir Dadaşov hələ də vəzifəsinin başındadır.Buna təbii ki, ASC rəsmiləri texniki səhv donu geyindirməyə çalışacaqlar. Amma bu, elə həmin rəsmilər tərəfindən yol verilən ən böyük səhlənkarlıqdan başqa bir şey deyil. Zaur Mikayılov bir sədr kimi Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin xidmət idarələrinə rəhbərlik edənləri şübhəsiz tanımamış deyil.Lakin bu vəzifəli şəxslərin kimliyindən cəmiyyət də xəbərdar olmalı deyilmi?
Qubanın da öz TALANÇILARI VAR... - Suleyman Kərimov fəaliyyətə necə başladı...
Məlum olduğu kimi Quba rayonunun iqtisadiyyatının əsasını bağçılıq və əkinçilik təşkil etdiyindən suvarma suyuna tələbat çox böyükdür. Quba rayonunda min hektarlarla suvarılan torpaq sahələri mövcuddur. Bütün bu ərazilərin suvarma və meliorasiya işlərini vaxtında və yüksək səviyyədə təmin edə bilmək üçün rayonun Suvarma Sistemləri İdarəsinin bütün resurs və imkanları daim səfərbər vəziyyətdə olmalıdır. O da məlumdur ki,Quba rayonu sel sularından, daşqınlarından ən çox əziyyət çəkən rayonlardan biridir. Burada yaz-yay aylarında dağlarda qarın əriməsindən sonra gələn sel sularının infrastruktura xeyli ziyan vurur. Amma onu da unutmamalıyıq ki,məhz sel sularının törətdiyi fəsadların qarşısının alınması,sahilbərkitmə işləri üçün dövlət hər il buraya külli miqdarda vəsait ayırır. Bəs çay məcralarının təmizlənməsi və daş bəndlərin qurulması işləri necə aparılır.
Qubanın da öz TALANÇILARI VAR... - Suleyman Kərimov fəaliyyətə necə başladı...
Aktualinfo.orq cari ilin bir neçə ayı ərzində Quba rayon Suvarma Sistemləri İdarəsinin dövlət satınalmaları yolu ilə suvarma kanallarını lildən təmizlənməzi,daşqın və selə qarşı mübarizə üçün çay məcralarının cari təmizlənməsi işlərinə ayrılan vəsaitlər ətrafında araşdırma aparmışdır. Sözügedən satınalma prosedurlarının bir neçəsini diqqətinizə çatdırırıq.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin Quba Suvarma Sistemləri İdarəsi tərəfindən Torpaq məcralı”Aşağı-Xuc” kanalının beton üzlüyə alınması,üzərindəki qurğularla birlikdə təmiri (işin davamı) üzrə 139 814.68 manat məbləğində satınalma müqaviləsi 14.06.2021-ci il tarixdə “REAL-İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “REAL-İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsində 27.11.2002-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 220.00 manat olan MMC-nin hüquqi ünvanı GÖYÇAY RAYONU, GÖYÇAY ŞƏHƏRİ, CƏFƏR CABBARLI, ev 4/2, qanuni təmsilçisinin isə Əkbərov Fəqani Aydın oğlu olduğu göstərilir.

Suvarma kanallarını lildən təmizlənməzi,daşqın və selə qarşı mübarizə üçün çay məcralarının cari təmizlənməsi üzrə 135 982.02 manat məbləğində satınalma müqaviləsi 11.06.2021-ci il tarixdə SUMQAYIT MELİOSERVİS İDARƏSİ ilə bağlanmışdır.

Torpaq məcralı “Əlibəyqışlaq” kanalının beton üzlüyə alınması,üzərindəki qurğuların və kanalının metal borulu hissəsinin təmiri(işin davamı) üzrə 183 360.79 manat məbləğində satınalma müqaviləsi 08.06.2021-ci il tarixdə “AZTİKİNTİSERVİS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Torpaq məcralı”Aşağı-Xuc”kanalının beton üzlüyə alınması,üzərindəki qurğularla birlikdə təmiri(işin davamı üzrə 219 000 manat məbləğində satınalma müqaviləsi 13.04.2021-ci il tarixdə SUMQAYIT MELİOSERVİS İDARƏSİ ilə bağlanmışdır.

Torpaq məcralı “Əlibəyqışlaq” kanalının beton üzlüyə alınması,üzərindəki qurğuların və kanalının metal borulu hissəsinin təmiri(işin davamı) üzrə 185 226.82 manat məbləğində satınalma müqaviləsi 13.04.2021-ci il tarixdə “AZTİKİNTİSERVİS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZTİKİNTİSERVİS” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsində 13.03.2019-cu il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı ABŞERON RAYONU, XIRDALAN ŞƏHƏRİ, MEHDİ HÜSEYNZADƏ (XIRDALAN QƏS.), ev 11, qanuni təmsilçisinin isə Papaqçıyev Paşa Yusif oğlu olduğu göstərilir.

Suvarma kanallarını lildən təmizlənməzi,daşqın və selə qarşı mübarizə üçün çay məcralarının cari təmizlənməsi üzrə 151 346.8 manat məbləğində satınalma müqaviləsi 07.04.2021-ci il tarixdə “RADİUS TT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “RADİUS TT” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsində 18.03.2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı SUMQAYIT ŞƏHƏRİ, NOVXANI BAĞ MASSİVİ, ev 1803A/1, qanuni təmsilçisinin isə Bəşirov Namiq Ağadadaş oğlu olduğu göstərilir.

Mexanizmlər və avtonəqliyyat vasitələri üçün ehtiyyat hissələrin alınması üzrə 151 180 manat məbləğində satınalma müqaviləsi 11.03.2021-ci il tarixdə fiziki şəxs SABİR TƏVƏL OĞLU FƏRZƏLİYEV ilə bağlanmışdır.

Cari təmir işləri üçün mal materialın satın alınması üzrə 298 318 manat məbləğində satınalma müqaviləsi 11.03.2021-ci il tarixdə “KÖRPÜ-BİNA CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “KÖRPÜ-BİNA CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsində 23.09.2019-cu il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 2 manat olan MMC-nin hüquqi ünvanı XAÇMAZ RAYONU, ÇİNARTALA, qanuni təmsilçisinin isə Nəsirli Tural Vasif oğlu olduğu göstərilir.

Satınalmaların vahid elektron portalına yerləşdirilmiş məlumatlardan da göründüyü kimi Quba Suvarma Sistemləri İdarəsi cari ilin mart-iyun aylarında tender yolu ilə müxtəlif mal materialların və xidmətlərin alınması məqsədi ilə ümumi olaraq 1 464 229 manat məbləğində vəsait ayırıb. Elandan da göründüyü kimi vəsaitlərin bir çoxu işin davam etdirilməsi üçün ayrılıb.hamısını da eyni MMC-lərə və fiziki şəxslərə. Sözügedən işlərin başlanmasına ayrılan vəsaitlər barədə araşdırmalarımız zamanı nə qədər vəsait ayrıldığı barədə məlumat əldə edə edə bilmədik. Bu isə o deməkdir ki, Quba Suvarma Sistemləri İdarəsi satınalma planlarını qanuna uyğun olaraq dövlət satınalmalarının vahid internet portalında yerləşdirməmişdir.

Bütün yuxarıda göstərilənlər Quba Suvarma Sistemləri İdarəsinin müqavilə bağladığı MMC-lərin bir nəfər tərəfindən idarə olunduğunu deməyə əsas verir. Cəmi 2 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınmış “KÖRPÜ-BİNA CONSTRUCTİON” MMC nin dövlət sifarişlərini yerinə yetirməyə nə kimi maddi texniki bazası ola bilər. Dövlət Satınalmaları haqqında qanunu tələblərinə görə podratçının satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir:

satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması; satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması; öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;

Amma görəsən cəmi 2 manat nizamnamə kapitalı olan “KÖRPÜ-BİNA CONSTRUCTİON” MMC bu meyarlara cavab verə bilirmi? Elə həmçinin Novxanı bağlarında dövlət qeydiyyatına alınmış, 10 manat nizamnamə kapitalı olan “RADİUS TT” MMC-nin də. Quba Suvarma Sistemləri İdarəsinə rəhbərlik etdiyi 7-8 ay olalı Süleyman Kərimov bu qədər qanunsuzluqlara yol verirsə, gizlətməyə çalışırsa,görəsən bir neçə ilə nə kimi işlərlə məşğul olacaq?

Kənd sakinlərinin adına yaradılmış, 2-10 manat nizamnamə kapitalı olan bu MMC-lərin kim və yaxud da kimlər tərəfindən idarə edildiyi bizlər üçün sirr ola bilər. Amma Quba Suvarma Sistemləri İdarəsinin adını ictimaiyyətdən gizlin saxlamağa çalışan rəisi Suleyman Kərimova bunlar bəlli olmamaış deyil.Barəsində heç bir məlumat olmayan, cəmi 2-10 manat nizamnamə kapitalı olan MMC-lər ilə bir neçə ay ərzində ümumi dəyəri 1 464 229 manat olan satınalma müqavilələrinin bağlanılmasından Meliorasiya və Su Təsərrüfatı ASC-nin yeni sədri Zaur Mikayılovun hələ xəbəri olmaya bilər. Müqavilələrin bir çoxu onun təyinatından əvvəl bağlandığına görə yox. Səhmdar Cəmiyyətdə bir çox qüsurları aradan qaldıra bilmədiyinə görə. mənbə bu linkdir:My Webpage

Aktualinfo.org


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi