Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna yeni rəhbər təyinatı olub.
azia.az Fins.az-a istinadən xəbər verir ki, Roman Fərhad oğlu Nağıyev aprelin 13-dən zavodun direktoru təyin edilib və artıq vəzifəsinin icrasına başlayıb.
SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev açıqlamasında yeni rəhbər təyinatını təsdiqləyib.
Qeyd edək ki, R.Nağıyev buna qədər “Azəriqaz” İstehsalat Birliyi Təmir-Tikinti İdarəsinin rəisi olub. Zavodun keçmiş direktoru Ayaz Qarayev 2015-ci ilin dekabrında vəfat edib.