Ərindən ayrılan model çılpaq FOTOlarını paylaşdı
Rejissor əri Sebastian Bir-MkKlarddan xəyanət üstündə ayrılan dünyaca məşhur 31 yaşlı model Emili Ratakovski paylaşımı ilə gündəmə səs salıb.
Xəbər verilir ki, Parisdə olan supermodel sosial şəbəkə hesabında pəncərə önündə çəkilən yarıçılpaq fotolarını paylaşıb.
Fit və ideal bədən quruluşu ilə əks cinsin nümayəndələrinin diqqətini çəkən Emili şəkillərdə həcmli sinəsini qolları ilə bağlayıb.
Ratakovskinin bu addımını isə izləyicilər birmənalı qarşılamayıb. Şərhlərdə modeli həm tənqid ediblər, həm də təriflər yazıblar. Qeyd edək ki, keçmiş Emili-Sebastian cütlüyünün ötən ilin martında Silvester Apollo adlı oğlan övladı dünyaya gəlib.