azia.az
azia.az

“Sabahın alimləri” VIII Respublika müsabiqəsində bürünc medala layiq görülüb

20-02-2019, 12:31

“Sabahın alimləri” VIII Respublika müsabiqəsində bürünc medala layiq görülüb

Azia.az-a verilən məlumata görə: AMEA Botanika İnstitutunda təcrübə keçmiş Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdləri Əliyeva Aliyə və Sərhanbəyli-Quliyev Yusif 13-14 fevral tarixlərində Bakı şəhərində təşkil edilən “Sabahın alimləri” VIII Respublika müsabiqəsində “Ekologiya” nominasiyası üzrə III yerə layiq görülüblər.

Şagirdlərin müsabiqəyə təqdim etdikləri “Yosunların sututarlarında neft və neft məhsullarını təmizləməsi” mövzusuna elmi iş İnstitutun Alqologiya və lixenobriologiya laboratoriyasının müdiri, b.ü.f.d. Şəkər Muxtarovanın rəhbərliyi altında yerinə yetirilib. Şagirdlər Xəzər dənizininin Bakı buxtasında neftlə çirklənmiş ərazidən götürdükləri nümunələr üzərində alqofloranın təyinatını aparıb, yosunların növ tərkibini öyrənib və neftlə çirklənməyə qarşı tolerant növləri təyin ediblər.

Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi