Doqquzillik təhsil bazasında kolleclərə nə qədər plan yeri ayrılıb?
2026/2027-ci tədris ili üzrə ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul üçün 6210 plan yeri ayrılıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) KONKRET.az-a bildirilib ki, ötən il bu göstərici 8144 olub. Cari ildə qeydiyyatdan keçərək müsabiqə şərtini ödəyən 24 min 545 abituriyent ixtisas seçiminə buraxılıb. Müqayisə üçün qeyd edək ki, ötən il müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin sayı 24 min 59 nəfər təşkil edib.
DİM-dən bildirilib ki, ötən ildə olduğu kimi, bu il də müsabiqə şərtini ödəyən, lakin ərizə qəbulu zamanı qeydiyyatdan keçməyən abituriyentlər avqustun 3-dən 9-dək qeydiyyatdan keçərək ixtisas seçimində iştirak edə bilərlər.
Qeyd olunub ki, bununla əlaqədar ixtisas seçimində iştirak edəcək abituriyentlərin sayının daha da artacağı gözlənilir.