azia.az
azia.az

Ali məktəblərə qəbul üzrə imtahanda iştirak etmək istəyənlərin nəzərinə: Mayın 6-dək..

15-04-2024, 08:04

Bu gündən ali təhsil müəssisələrinin I, II, III, IV ixtisas qrupları üzrə blok imtahanının I cəhdində iştirak üçün elektron ərizə qəbulu başlanacaq.

Xəbər verililir ki, ərizə qəbulu 6 may saat 23:59-dək davam edəcək. Xatırladaq ki, I cəhd imtahanı I və IV ixtisas qrupları üzrə 2 iyun tarixində keçiriləcək.

II və III ixtisas qrupları üzrə imtahan 26 may tarixində keçiriləcək.

9 iyun tarixində isə I və III ixtisas qruplarının alt qrupları (Rİ və TC) üzrə imtahan keçiriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi