azia.az
azia.az

Nazir direktorların yayılan görüntülərindən danışdı

18-02-2022, 23:55

Nazir direktorların yayılan görüntülərindən danışdı
“Fikrimcə, məsələ göstərildiyi qədər faciəvi deyil. Azərbaycan məktəblərinə bir milyon altı yüz min şagird gedir. 30 min şagirdimiz olimpiadada iştirak etdi. O mənada orta məktəb direktorlarının fəaliyyəti qanunvericiliklə tənzimlənir. Həmin videolarda bu və ya digər formada baxsanız, araşdırsanız, görərsiniz ki, nöqsanlara yol vermiş direktorların hər biri işdən azad olunub”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev son günlər orta məktəb direktorları ilə bağlı yayılan videolara münasibət bildirərkən deyib.

Nazir bildirib ki, bu videoların yayılması faydalıdır:

“Çünki ictimai nəzarətin bir forması da məhz bu videolardır. Mənim problemin videoların paylaşlmasında deyil, istəyirəm, məni düz başa düşəsiniz. Mənim problemim bu videolar əsasında müəyyən mənada ümumiləşdirmə və qeyri-düzgün təhlil aparılmasıdır.

Onunla razı deyiləm, amma təbii ki, bu videolar varsa, onları bizə də göndərməkdə fayda var. Mənim gördüyüm odur ki, burada məqsəd nədir? Bu, önəmli sualdır. Bizim nazirlik olaraq məqsədimiz, təbii ki, təhsilin keyfiyyətini artırmaq, davranışı düzəltməkdir. Amma eyni zamanda, başa düşmək lazımdır ki, hər gün 4 milyondan artıq sistemə gələn insanların arasında iki adam bir-birinə təhqiramiz söz deyibsə, bununla Təhsil Nazirliyini ölkənin gündəminə çevirmək bir o qədər məntiqli və ağıllı bir şey deyil”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi