HEYDƏR ƏLIYEVIN YAXIN DOSTU PREZIDENT ADMNISTRASIYASINA MÜRACIƏT ETDI
Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti
katibliyinin rəisi cənab Altay Həsənova.
Çox hörmətli Altay müəllim!
Mən sizin alicənablığınıza, insanpərvərliyinizə, ədalətliliyinizə varlığım qədər inandığım üçün bu müraciəti sizə ünvanlayıram. Bildirmək istəyirəm ki, bu gün Azərbaycan təhsilində bir qrup müxalif yönlü gənclər hansısa qaranlıq yollarla kimlərinsə gizli şəkildə əlləri ilə təhsilə soxulmuş və bu sahədə mötəbər vəzifə mövqe tutmuşlar. Belə olan tərzdə bunlar təhsilimizi düşünülmüş formada dağıtmağa cəhd göstərir və təhsilli məhv etmək istəyirlər. Bunlardan biri hazırda Təhsil Nazirliyində ümumtəhsil məktəblər idarəsinin rəisi vəzifəsini icra edən Orxan İrşad oğlu Abbasovdur. Bu adam ixtisasca kənd təsərrüfatı mütəxəssisidir. Təhsildən xəbəri olmayan bir adamdır. Aqrar Universitetinin məzunudur. Bunun atası İrşad müəllim uzun illər Gəncə şəhərində yaşamış və Elm mərkəzində direktor müavini işləmişdir. Ömrü boyu müxalifətə xidmət etmiş bu günkü hakimiyyətin əleyhinə iş aparmış daim rəhbərliyi söymüşdür. Hətta 1998-ci il prezident seçkilərində Etibar Məmmədovun prezident seçilməsi üçün dəridən qabıqdan çıxmışdır. Çünki, Milli İstiqlal Partiyasının büro üzvü idi. Sonradan bu adamı müxalifətə canı dildən işlədiyi üçün Elm mərkəzinin direktoru akademik Fuad Əliyev işdən qovdu. Bundan sonra bir müddət Goranboy rayonunda Ekologiya sistemində işlədikdən sonra qəfildən necə oldusa oğlunu Təhsil Nazirliyinə özünü Göyçay rayon kollecinə direktor və digər oğlu Tural Abbasovu Z.Əliyeva adına litseyə menecer təyin etdilər. Eşitdiyimə görə bunlara himayədarlıq edən indiki Təhsil Nazirliyinin müavini Muxtar Məmmədov oldu. Çünki, deyirlər ki, bunların hardasa kirvəlik münasibətləri var. 2-cisi 2020-ci ilin iyul ayında təsadüfən Gəncə şəhərinə Təhsil İdarəsinə müdir təyin edilən Anar Yusif oğlu Qədiməliyevdir. Bu da yenə ixtisasca kənd təsərrüfatı mütəxəssisidir. Aqrar Universiteti bitirib, 8 il Gəncədə Access bankda əməliyyatçı işləyib özüdə SOROS-un tərbiyəsini alıb, yəni Gəncədə SOROS Həsən kimi tanınan şəxsin yanında SOROS-un əsas qollarından biri olan Kamil cəmiyyətində fəaliyyət göstərib. Sonralar birdən birə Gəncə şəhərindən yox olub Bakıya gedib. Ordanda bunu 1 il Amerikada oxumağa göndəriblər və ordan qayıtdıqdan sonra bir başa Bakı şəhər Təhsil idarəsinə sektor müdiri qoyublar. Hardasa 2 il bu vəzifədə işlədikdən sonra yenə qəfildən Gəncə şəhərinə təhsilə müdir təyin etdilər. Bu adamın da təhsildən anlayışı yoxdur. Əlinə jurnal alıb sinifə girməyib, idarəçiliyi bacarmır, müəllim nədir bilmir. Ona görə də gəldiyi gündən Gəncə təhsilini bərbad hala salıb. Orxan Abbasovla da əqidə və məslək dostudur.1994-cü il məlum Gəncə hadisələrinin təşkilatçısı, hazırda ömürlük həbsdə yatan Kəramət Kərimovun yaxın qohumudur. Hələ bu yaxınlarda onun digər əmisi nəvəsi İbrahimov Azər Arif oğlunu xeyli müddət Gəncə şəhər icra hakimiyyətində iqtisadiyyat şöbəsində referent işlədiyi təqdirdə qəfildən humanitar şöbəyə məqsədyönlü şəkildə müavin təyin etdilər. Çünki, təhsilin kuratoru olsun. Anar Qədiməliyev Orxan Abbasovla birləşərək Gəncə təhsilində at oynadırlar. Hətta qeyd edim ki, Orxan Abbasovun qayınatası Məzahir Rəhimov Gəncə şəhər İcra hakimiyyətində Eldar Əzizovun dövründə əhaliyə 300 minə yaxın pul atdığı üçün dələduzluq üsdündə işdən qovuldu. Bir müddət işsiz qalandan sonra Orxan Abbasov onu Gəncədə yeni açılan fizika-riyaziyyat təmayüllü litseyə direktor müavini təyin etdirdi. Qayınanası Təranə Rəhimova jurnalistika fakültəsini bitirməsinə baxmayaraq şəhər 31 nömrəli məktəbdə hansısa saxta diplomla 22 saat bədən tərbiyəsi dərsini aparır. Anar Qədiməliyev isə dayısı oğlu Röyalın adını Gəncə şəhər 22 nömrəli məktəbə fəhlə kimi yazdırıb öz yanında xidməti sürücü işlətdirdi. Mən Respublika Prokurorluğuna yazan kimi onu təcili işdən çıxartdı. Amma dövlət büdcəsinə xeyli miqdarda ziyan vurdu. Prokuratura həmin məsələni hazırda araşdırır. Bundan başqa şəhər 14 nömrəli məktəbin sabiq direktoru Elnur Qasımov vəzifəsindən sui istifadə edərək tabeliyində olan ailəli qadın bir müəlliməni yoldan çıxarmış, onunla eşq macəraları yaşamış və nəticədə ailəsinin dağılmasına səbəb olmuşdur. Qeyri-rəsmi ondan bir qızı olmuşdur. Baxmayaraq ki, özünün də ailəsi var. 2018-ci ildə Təhsil Nazirliyinin təkidi ilə həmin Elnur Qasımovun işdən çıxmağı üçün təcili ərizəsi alınmış və işdən azad olunmuşdur. Həmin adam Anar Qədiməliyev ilə 10 il bir sinifdə oxuduğuna görə 2020-ci ilin oktyabr ayında Orxan Abbasovla birgə bu dəfə şəhər 8 nömrəli orta məktəbə direktor təyin etmişlər. Altay müəllim yazdıqlarım hamısı faktdır. Bunlar hamısı bir şəbəkədir. Anar Qədiməliyevin öz sözünə görə deyir ki, nazir mənim dostumdur. Amerikada bir oxumuşuq, bir şöbədə işləmişik. Hələ mənə deyir ki, sənin yanvar ayında vəzifəni böyüdüb regional Təhsil şöbəsinə müdir qoyacağam, ya da bu yaxınlarda Gəncə şəhər İcra başçısı Niyazi Bayramovu çıxardıb səni Gəncə şəhərinə icra başçısı təyin etdirəcəyəm. Bizim arxamızda Prezident durur. Heç kəsin bizə gücü çatmaz. Bu adam bu sözləri deyirsə, deməli bunun psixoloji durumunda problem var. Mənə də o məlum olub ki, sən demə Emin Əmrullayev 2005-2007-ci illərdə yardımçı katolik xidmətində proqramçı vəzifəsində işləyib. Deməli belə çıxır ki, bu adam katolikdir. Onun nazir kimi təhsildə öz sözü yoxdur. Onu da bunlar idarə edir. Bu qrupa aid olanlardan biri də şöbə müdiri Eşqi Bağırovdur. Bir sözlə bu müxalifətçilər bir dəstədir.
31 oktyabr 2021-ci ildə Anar Qədiməliyevin ad günündə Orxanla birgə çəkilmiş olduğu foto şəkli hələ camaat görsün deyə sosial şəbəkədə paylaşıblar. Dediklərimə sübut odur ki, Orxan deyir ki, biz birlikdəyik. Bu adamlar bu bir il müddətində əslində təhsili uçuruma aparır və bilə-bilə əhalini hakimiyyətdən, rəhbərlikdən narazı salırlar.
Altay müəllimi, mən isə şəhər 30 nömrəli tam orta məktəbin sabiq direktoru İlham Həsənov və həmkarım 29 nömrəli məktəbin sabiq direktoru Valeh Hüseynov hər ikimiz əməkdar müəllim, ictimai xadim, qanı və canı ilə dövlətə və dövlətçiliyə xidmət edən, təkcə 30 il seçkilərdə seçki komissiyasının sədri olan, 45 il gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olan qərb bölgəsində, Gəncəbasarda tanınan 2 təcrübəli pedaqoqu 65 yaşı bəhanə edərək 2021-ci ilin yanvarında əlbir olub əmrimizə xitam verdilər. Hansı ki, bizdən başqa 65 yaşdan yuxarı işdən çıxan 3-cü əməkdar müəllim yoxdur. Hətta ölkədə 70-85 yaşlı adi siravi məktəb direktorlarını da işdə saxlayırlar. Əlavə olaraq Gəncənin özündə bütün göstəriciləri bizdən geri qalan 5 nömrəli məktəbin direktoru Bəhram Imranovu işdə saxladılar. Hələ üstəlik mən şairəm, prezident mükafatçısıyam, 8 şeir kitabının müəllifiyəm. H.Əliyevə, cənab Prezidentə Mehriban xanım Əliyevaya, Leyla xanım Əliyevaya onlarla şeir vəsf etmişəm. Sonuncu 2 şeiri sizə göndərirəm. Bunlar bizi 65 yaşa görə yox, qərəzli formada sifarişlə siyasi motivlər əsasında işdən çıxartdılar. Çünki, biz bunların mənfi hərəkətlərinə göz yuma bilmədik. Çünki, bunların iç üzünü mükəmməl bilirik. Belə adamlar təhsildə qalıb işləyə bilməz. Onlar ölkəni açıqdan-açığa təhlükəyə aparır. Altay müəllim elə məsələlər, elə faktlar var ki, mən onları müraciətdə yaza bilmərəm. Məni dərhal aradan götürərlər. Xahiş edirəm məni qəbul edin bütün naməlum faktların hamısını sizə açıqlayım. Mənim 7 arxadan dönənim, bütün qohum-əqrəbam dövlət strukturunda işləyir, həmişə də bu günkü hakimiyyətə sədaqətlə qulluq ediblər. Bu hakimiyyət vəzifədə olmayanda belə ailəmizin bütün üzvləri Paşayevlərə, Əliyevlərə həmişə doğmalarımız kimi münasibət bəsləmişik. Amma işdə saxlanılan Bəhram İmranov 10 ildir məktəb direktorudur, məntəqə sədri deyil, sədrliyi qəsdən qəbul etmir. Yuxarıdakıları nəzərə alaraq öz gələcəyimizin təhlükəsizliyi üçün bu adamların təhsildən uzaqlaşdırılmasına görə sizdən xahiş edirəm ki, Prezident qarşısında və bacım Mehriban xanım qarşısında məsələ qaldırasınız. Mən və Valeh müəllimi isə yenidən öz işimizə bərpa olunmağımıza bir qardaş kimi kömək edəsiniz. Yoxsa prezidentə və Mehriban xanıma 23 dəfə müraciət etmişəm mənim müraciətlərimi onlara çatdırmırlar.
Hörmətlə : Həsənov İlham Musa oğlu
Azərbaycan Yazıçılar, Jurnalistlər, Aşıqlar birliyinin üzvü, Respublikanın Əməkdar müəllimi, şair, İctimai xadim, 8 şeir kitabının müəllifi, 1995-ci ildən YAP-ın üzvü, “Qızıl Qələm” mükafatı laureatı və Prezident mükafatçısı, Gəncə şəhər Veteranlar Şurasının üzvü, H.Əliyevin yaxın dostu və silahdaşı.
Əlaqə nömrəsi 050-333-40-27
deryaz.az