azia.az
azia.az

Briliant Dadaşova yol hərəkəti qaydasını POZDU

Bu gün, 19:12

Xalq artisti Briliant Dadaşova avtomobil idarə edərkən yol hərəkəti qaydalarını pozması ilə diqqət çəkib.

Ajans.az xəbər verir ki, o, “Instagram” hesabında sükan arxasında çəkdiyi videonu yayımlayıb. Görüntülərdə onun təhlükəsizlik kəmərindən istifadə etmədiyi, eyni zamanda avtomobil idarə edərkən diqqətini telefona yönəltdiyi görünür.

Sükan arxasında telefonla məşğul olmaq və təhlükəsizlik kəmərindən istifadə etməmək həm sürücünün, həm də digər hərəkət iştirakçılarının həyatı üçün ciddi təhlükə yarada bilər.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə sürücü 40 manat məbləğində inzibati cərimə edilir.







OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi