Ayaz Salayev: “Vaxt var idi Rasim Baleyev qorxudan Azərbaycan Kinomotoqrafçılar İttifaqının sədrliyindən qaçmışdı…”
“Vaxt var idi Rasim Baleyev qorxudan Azərbaycan Kinomotoqrafçılar İttifaqının sədrliyindən qaçmışdı. Rüstəm İbrahimbəyov onu ittiham etmişdi və xain adlandırmışdı. Rasim Balayevi müdafiə etmişdim, internetdə sus dilində var, onun haqqında çox yaxşı sözlər demişdim. Demişdim ki, ondan əl çəkin, o, ustaddır, milli sərvətdir, bu yazıdan sonra da ondan əl çəkdilər. Buna görə “çox sağol” sözü də eşitməmişəm. İndi də mən onun haqqında güldən ağır söz deməmişəm. Ona görə də Rasim Balayevin haqqımda dediyi sözlər barədə heç bir şərh verməyəcəm”
Bunu Pravda.az-a açıqlamasında Azərbaycanın əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev deyib.
A.Salayev bildirib ki, “Yarasa” filmi sayəsində Rasim Balayevə Kanadadan tutmuş Monqolustana qədər, dünyanın bir çox ölkələrində keçirilən festivallarda baxıblar: “Onun adı bir çox festival kataloqlarına, jurnallara düşdü. Başa düşmürsə, zövqünü, səviyyəsini, sənətkarlığını göstərir. Onun yaradıcılığında dünyada bu qədər baxılan başqa bir filmi yoxdur, o cümlədən də “Nəsimi”. Deyirsə ki, bu filmdə çəkilməyinə peşmandır, özü haqqında bir sənətkar kimi xəbər verir”.