Səbuhi Xanlarov ehtiyatda olan polis zabiti imiş - DİN-dən pensiya alır (VİDEO)
Aktyor Səbuhi Xanlarov ehtiyatda olan polis zabitidir.
Manset.az xəbər verir ki, bu barədə S.Xanlarov jurnalist Məhəmmədəli Qəribli ilə “Tik-tok” sosial şəbəkəsində olan canlı bağlantı zamanı məlumat verib:
“2000-2008-ci illərdə polis işləmişəm. Mən ehtiyatda olan polis baş leytenantıyam, Daxili İşlər nazirliyindən pensiya alıram. 15-16 oktyabr hadisələrində xidmətlərim olub. Ayağımda 421 ədəd dəmir mil var. Mənim sağ ayağım dəmirdən yığılıb”.