azia.az
azia.az

ARB-dən ötən gün yayımlanan “Həmin Zaur” verilişi ilə bağlı AÇIQLAMA

1-12-2021, 18:14

ARB-dən ötən gün yayımlanan “Həmin Zaur” verilişi ilə bağlı AÇIQLAMA
“ARB Media Qrup” sosial şəbəkələrdə “Həmin Zaur” verilişi ilə bağlı səsləndirilən əsassız iddialarla əlaqədar açıqlama yayıb.

Kanalın mətbuat katibi Mail Əsgərov bildirib ki, ARB televiziyası ötən gün baş verən Qaraheybət faciəsi ilə əlaqədar “Həmin Zaur” verilişinin kontentində köklü dəyişikliklər edib.

“Belə ki, verilişdə şou və əyləncə ləğv edilərək, vətənpərvər musiqi və muğamla əvəz edilib. Lakin buna baxmayaraq, sosial şəbəkədə kanala qarşı qara piar aparılıb.

Xatırladaq ki, Vətən müharibəsindən əvvəl və sonra da daim şəhidlər və qazilərlə bağlı mövzulara həssas yanaşmağımız tamaşaçılarımıza məlumdur.

“ARB Media Qrup” şəhid və qazilərimizin qəhrəmanlıqlarına 510 süjet, film və mütəmadi olaraq bir sıra verilişlər həsr edib. Bu ənənəmiz fəaliyyətdə olduğumuz müddətdə davam edəcək”, - deyə kanalın rəsmisi bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi