azia.az
azia.az

Safura Əlizadə həyat yoldaşı ilə - FOTO

24-08-2021, 13:53

Safura Əlizadə həyat yoldaşı ilə - FOTO
Avroviziya təmsilçilərimizdən olan Safura Əlizadə sosial şəbəkədə yeni paylaşım edib.

Azia.az xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında həyat yoldaşı Fərhad Əliyevlə yeni fotosunu yayımlayıb.
İfaçı paylaşımına “Mənim həyatım, canım yoldaşım” sözlərini də əlavə edib.

Safuranın bu fotosu sosial şəbəkə izləyiciləri tərəfindən çox bəyənilib. İfaçının paylaşımına çoxsaylı xoş rəylər yazıblar.

Müğənniyə xoşbəxtlik arzulayanlar arasında tanınmış sənət dostları da yer alıb.

Qeyd edək ki, Safura Əlizadə mərhum Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə evlidir. Cütlüyün iki oğul və bir qız övladı var.

Safura Əlizadə həyat yoldaşı ilə - FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi