“Kabab-araq, araq-kabab sayəsində 120 kilo oldum“ - Aqil M.Quliyev
"39-40 yaşıma qədər arıq olmuşam həyatda. Yaşıdlarıma gülmüşəm ki, qarnınız var, şişmisiz, köksüz. Sonra mən də başladım birdən-birə şişməyə. Baxdım ki, 120 kiloyam. Çox əziyyət çəkirdim. Ən böyük şoku və kompleksi əllərimin ayaqlarıma çata bilməyəndə yaşadım və dedim ki, artıq bəsdir".
Xəbər verirli ki, bu sözləri rejissor Aqil M.Quliyev "Ziq-zaq" proqramında qonaq olarkən deyib.
Məlumata görə, çəkisini itirdikdən sonra görünüşü ilə diqqət çəkən rejissor 4 il müddətində 120 kiloqramdan 77-ə düşdüyünü açıqlayıb:
"Azərbaycan xalqı kimi mən də araq-kabab, kabab-araq və sonu 120 kilo ilə nəticələndi. Böyük komplekslər yaşayırdım, efirə getməkdən boyun qaçırırdım, xəstəyəm və ya nəsə fikirləşirdim ki, getməyim. Şəhərə çıxa bilmirdim, mənimki o idi ki, çatım restorana oturum və deyim, gətirin.