azia.az
azia.az

“Sosial şəbəkə biabırçı gündədir” – rəqqasə Fatimədən sərt sözlər

29-03-2021, 20:53

"Əvvəl görməyib, sonradan görənlərdən deyiləm. Hər insanın həyatında sıxıntı olur. Mən də o haldan normal çıxmışam. Hamı bilir ki, necə ailədə böyümüşəm. Açıq-saçıq geyinməmişəm, kostyumlarım hər zaman örtülü olub. Özümü çöldə qoymamışam. Ağıllı olun. Ən böyük günah kiminsə haqqına girməkdir”.
“Sosial şəbəkə biabırçı gündədir” – rəqqasə Fatimədən sərt sözlər
Musavat.com xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva “İnstagram”da açdığı canlı yayımda deyib. Rəqqasə ünvanına tənqid yazan izləyicilərinə sərt cavab verib:

"Sosial şəbəkə biabırçı gündədir. Cavan qızlar özlərini ən axırıncı yola qoyublar. Sosial şəbəkəyə baxa bilmirsən. İnsanlar qəribə olub, psixologiyamız pozulub. Zombi olmuşuq, yaşayırıq, amma bilmirik nə üçün yaşayırıq.

Ümid edirəm tezliklə karantin aradan qalxar, iş başlayar. Qəribədir, restoranda hamı ağız-ağıza oturur, amma məclisə icazə yoxdur. Hər yerdə xəstəlik var. Gərək immunitetin yüksək olsun, özünü qoruyasan".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi