azia.az
azia.az

“Nar” Azərbaycanda keçirilən boks üzrə yarışa dəstək oldu

21-12-2018, 20:48

“Nar” Azərbaycanda keçirilən boks üzrə yarışa dəstək oldu
“Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində Azərbaycanda keçirilən yeniyetmələr arasında boks üzrə açıq birinciliyə dəstək olub. Qeyd edək ki, “Baku Fight Lab” klubunun (keçmiş “Rabitə” İdman Klubu) təşkilatçılığı ilə keçirilən yarışa 20 komandadan 100 idmançı qatılıb. Açıq birincilikdə yerli idmançılarla yanaşı, əcnəbi boksçular da iştirak edir. Qeyd edək ki, Boks Mərkəzində keçirilən yarışda ölkəmizin şəhər və rayonlarından 2001-2002-ci il təvəllüdlü boksçularla yanaşı, iraqlı idmançılar da iştirak edirlər. Yarışa yüksək dərəcəli hakimlər briqadası nəzarət edir.

Qeyd edək ki, “Baku Fight Lub” Klubu “Rabitə” İdman Klubunun yenilənmiş adıdır. Açılış mərasimində çıxış edən “Baku Fight Lub” Klubunun prezidenti Fərhad Acalov bildirib ki, bu cür yarışlar keçirməkdə məqsəd, gəncləri idmana cəlb etmək və onların perspektivli gələcəyini təmin etməkdir. Yeniyetmələr arasında boks üzrə açıq birincilik 19-22 dekabr tarixləri arasında keçirilir.

“Baku Fight Lub” Klubunun və “Nar”ın birgə əməkdaşlığının əsas məqsədi yeniyetmələrin asudə vaxtının səmərəli təşkil edilməsi, idmana olan marağın artırılması, gənclərin pis vərdişlərdən uzaq olması və sağlam böyüməsidir.
“Nar” Azərbaycanda keçirilən boks üzrə yarışa dəstək oldu
“Nar” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində bundan əvvəl də “Baku Fight Lub” klubunun (keçmiş “Rabitə” İdman Klubu”) dəstəyi ilə kimsəsiz və aztəminatlı ailələrdən olan uşaqlar üçün təşkil edilən boks dərslərinə və təlimlərinə dəstək olub. Artıq üçüncü ildir ki, tələbələr üçün lazım olan təchizatı və digər xərcləri “Nar” təmin edir.

“Nar”-ın korporativ sosial məsuliyyət strategiyası haqqında ətraflı məlumatı nar.az saytından öyrənmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7300-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi