“Nar” əmək yarmarkasında iştirak edib
“Nar” Odlar Yurdu Universitetində “Kariyerada ilk addım” devizi altında keçirilənəmək yarmarkasında iştirak etdi. 50-dən çox şirkətin qatıldığı yarmarkada mobil operator məhsulların inkişafı, kommersiya hasabatları, regional satış və digər vakant vəzifələrə sənəd qəbulu təşkil edib. Bundan əlavə, stend ziyarətçiləri “Nar”-ın yay təcrübə proqramlarında iştirak barədə məlumat əldə etdilər.
Sentyabrın 26-da keçirilmiş yarmarkada “Nar” stendinə maraq böyük olub. Gün ərzində 400-ə qədər adam stendi ziyarət edib. Yarmarka gənclərin əmək bazarına inteqrasiyası məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil edilib.
Xatırladaq edək ki, daha öncə ADA universitetində keçirilmiş tələbələr üçün əmək yarmarkasında “Nar”operatoru “Ən yaxşı işəgötürən şirkət” mükafatına layiq görülüb.
Mobil operatorun həyata keçirdiyi layihələr haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.