azia.az
azia.az

“Azercell” qiymətləri qaldırdı… “Yaxşı olardı ki, keyfiyyəti artırsın” – Osman Gündüz

20-02-2024, 16:41

Mobil bazarda hökmran mövqe tutan “Azercell” şirkətinin heç bir əsaslandırma olmadan danışıq və data qiymətlərini, SMS qiymətini qaldırması, tarif şərtlərini dəyişməsi çox təəccüblüdür və qanuniliyi ağlabatan deyil. Ən qısa zamanda sektorun tənzimləyici qurumu olan İKTA və Antiinhisar Dövlət Xidməti bu məsələni araşdırıb, dövlət şirkətinin bu addımının qanuna uyğun olmasına rəy verməlidir. Mobil bazardakı rəqabətli mühit araşdırılmalıdır.

 

Tribunainfo.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib. O qeyd edib ki, “Azercell” dövlətləşəndən sonra qoyulan investisiya və şəbəkə xərclərinin, qiymət artımının dinamikasını analiz etmək lazımdır:

“Adı çəkilən dövlət qurumlarının müvafiq rəylərinədək yeni qiymət artımları və tarif planlarındakı dəyişiklik dayandırılmalıdır. Bu dövlət operatorunun yenidən özəlləşdirilməyə hazırlanması, mövcud xidmətlərinin keyfiyyətinə diqqət yetirməsi, yeni texnologiyalar və xidmətlər üzərində düşünməsi daha məntiqli olardı”.

O.Gündüz bildirib ki, qonşu ölkələrlə, region ölkələrilə müqayisədə bizdəki tariflər heç də əlçatan və aşağı deyil:

“Qazaxıstan, Ermənistan , Gürcüstan mobil operatorları bizim operatorlardan fərqli olaraq daha böyük investisiyalar yatırırlar, yəni 5G şəbəkəsi üçün ötən illərdən lisenziya alıblar və yeni şəbəkələr qururlar. Yəni onlarda yeni şəbəkələr və yeni böyük investisiyalar var. Amma qiymət artımı müşahidə olunmur.
Ümid edirəm, tənzimləyici qurumlarımız baş verənlərin ağlabatan bir izahatını verəcəklər”.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Nigar


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi