İlaxır çərşənbəsi axşamı Bakıda yandırılan tonqallarda 6-sı uşaq olmaqla 7 nəfər yanıq xəsarəti alıb.
Bunu Report-a Respublika Yanıq Mərkəzindən bildiriblər.
Məlumata görə, ötən gecə mərkəzə 7 nəfər gətirilib. Onlardan 6 nəfəri uşaq, biri isə 73 yaşlı şəxs olub: “Onlar Bakının müxtəlif ərazilərində yandırılan bayram tonqallarında yanıq xəsarətləri alıblar. Uşaqlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. 73 yaşlı kişinin müalicəsi isə mərkəzdə davam etdirilir”.