azia.az
azia.az

“Cahangir Hacıyev əfv istəyə bilməz...” - RƏSMİ

3-03-2017, 12:10

“Cahangir Hacıyev əfv istəyə bilməz...” - RƏSMİ


"Cahangir Haciyevin cəzası uzunmüddətli olduğu üçün o, əfvlə bağlı müraciət edə bilməz. Əfv Məsələləri üzrə Komissiyanın əsasnaməsinə görə, şəxs əfvlə bağlı o zaman müraciət edə bilər ki, onun cəzası əgər böyük ictimai təhlükəli törətməyən cəzadırsa, yəni ona texniki müddət nəzərdə tutulan cəza verilibsə, o dərhal müraciət edə bilər. Az ağır cinayətlərə görə məhkum olunmuş şəxslər də cəzasının üçdə birini çəkdikdən sonra, xüsusilə də ağır cinayətlərdə cəzasının yarıdan çoxunu çəkdikdə əfvlə bağlı müraciət edə bilər. Amma Cahangir Hacıyevin cəzası uzunmüddətlidir.

Bu baxımdan onun əfvlə bağlı müraciət etmək hüququnun hələ əsasları yaranmayıb. Ona görə də o, müraciət etməyib. Yəqin ki əsaslar yaranmadığı üçün müraciət etməz. Xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər yalnız cəzasını yarıdan çoxunu çəkdikdən sonra onların əfv üçün müraciət hüququ yaranır. Komissiyanın əsasnaməsinə görə belədir.

Bu səbəbdən indiki hallarda bu şəxslərin müraciət edəcəyini düşünmürəm”.

Qeyd edək ki, C.Hacıyev 2015-ci il dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. C.Hacıyev və digər 7 şəxsin - Mərkəzi filialın direktorları işləmiş Y.Ələkbərov və A.Sultanov, Mərkəzi filialın müdiri işləmiş İ.Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən "İnter Security” MMC-nin baş direktoru İ.Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş K.Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank” ASC-nin Müşahidə Şurasının sədri olan M.Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş A.Cavadovun Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı yekunlaşaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri iş materialları ilə tanış edilmiş və iş üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iyulun 19-da təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyev 15 il, Y.Ələkbərov 8 il 6 ay, K.Orucov 7 il 6 ay, İ.Hüseynov 7 il 23 gün, M.Cahangirov 7 il 6 ay, A.Cavadov 10 il 11 ay, A.Sultanov 7 il 6 ay və İ.Abdullayev 6il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Sevinc Yasinqızı
Bakı Post


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi