26 fevralda paytaxtın Azadlıq meydanından Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başlayan və 40 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşünün məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq idi.
İslaminSesi bildirir ki, yürüş zamanı fotolarda bir kadr istər-istəməz diqqəti cəlb edir. Fotoda yürüşdə iştirak edən məmurlardan bəzilərinin sevinclə güldüyü əks olunub. Artıq bu məmurların kimliyi barədə fikir yürütmədən fotonu sizə təqdim edirik.