azia.az
azia.az

Əlil küçədə Sahil Babayevə yaxınlaşdı - Görün nələr baş verdi (FOTO)

2-08-2022, 17:58

Əlil küçədə Sahil Babayevə yaxınlaşdı - Görün nələr baş verdi (FOTO)
Bu gün Əmək və Əhalinin Sosial müdafiəsi naziri Sahil Babayev 1 saylı Bakı DOST Mərkəzindən çıxarkən maraqlı anlar yaşanıb.



Azia.az-ın əldə etdiyi məlumata görə, Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsində birinci qrup əlil, 1984-ci il təvəllüdlü Əliyev Fuad Vaqif oğlu nazirə yaxınlaşaraq, ondan probleminin həlli üçün kömək istəyib.O, Sahil Babayevə bildirib ki, işləmək üçün bir neçə yerə müraciət etsə də, ona kömək edən olmayıb. Nazir dərhal yanında olan Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyliyə məsələni nəzarətə götürməyi tapşırıb. F.Əliyevə bildirilib ki, yaxın günlərdə o, nazirliyə qəbula çağırılaraq, müvafiq işlə təmin olunacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi