azia.az
azia.az

Azərbaycanın pravoslav xristian icması Milad bayramını qeyd edir

7-01-2017, 13:23

Azərbaycanın pravoslav xristian icması Milad bayramını qeyd edirAzərbaycanda yaşayan pravoslavlar xristianlığın ən müqəddəs bayramlarından hesab olunan Milad bayramını qeyd edirlər.

Rusiya pravoslav kilsəsinin Bakı-Azərbaycan yeparxiyasından Report-a verilən məlumata görə, cümə günündən şənbə gününə keçən gecə Bakının bütün pravoslav məbədlərində təntənəli ibadət keçirilib.

Bundan başqa, yanvarın 10-da Səməd Vurğun adına Rus Dram Teatrında uşaqlar üçün xeyriyyə Milad bayramı keçiriləcək. Elə həmin gün paytaxtda “Kapelhaus” alman-Azərbaycan mədəni icmasının binasında Milad bayramına həsr olunmuş konsert təşkil ediləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi