Mexaniki qaz sayğacları ikiqat pul yazır? - Rəsmi açıqlama
Mexaniki qaz sayğacları ikiqat pul yazır? - Rəsmi açıqlama
"Mexaniki sayğacların qaz sərfiyyatının daha çox olması kimi fikirlər əsassızdır".
Azia.az bakupost.az-a istinadla xəbər verir ki, bunu "Azəriqaz" İB-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib.
O bildirib ki, belə şayiələr sosial şəbəkələrə bilərəkdən ötürülür:
"Mexaniki sayğacların guya 1 kub əvəzinə 2 kub yazması ilə bağlı məlumatlar yayılır. Martın 18-də medianın da iştirakı ilə keçirilən aksiyada sayğaclar yoxlanıldı və məlum oldu ki, bu kimi fikirlər əsassızdır".