azia.az
azia.az

Külək nə vaxt səngiyəcək? - Umayra Tağıyevadan AÇIQLAMA

13-04-2022, 07:31

Külək nə vaxt səngiyəcək? - Umayra Tağıyevadan AÇIQLAMA
Külək nə vaxt səngiyəcək? - Umayra Tağıyevadan AÇIQLAMA
“Ölkə ərazisində Türkiyədən hərəkət edən soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə keçməsi nəticəsində respublikanın bir sıra rayonlarında şimal-qərb küləyinin güclənməsi müşahidə olunub”.

Xəbər verilir ki, bunu “Qafqazinfo”ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, hazırda Ağdamda küləyin ani maksimal sürəti saniyədə 38 m, Bərdə və Tərtərdə 36, Gəncədə 33, Naftalanda 32, Tovuz və Daşkəsəndə 28 metrə kimi şiddətlənib:

“Respublikanın digər rayonlarında küləyin maksimal sürəti 15-20, arabir 25 metrə çatıb. Qeyd etmək lazımdır ki, bu gün gecə saatlarında güclü küləkli hava şəraiti davam edəcək. Sabah gün ərzində küləyin sürəti bir qədər azalaraq, axşama doğru artıq səngiyəcək”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi