Qaz sayğacları buna görə çox yazırmış
"Azəriqaz" İB-yə qaz sayğaclarının sərfiyyatı çox yazması ilə bağlı müraciətlər daxil olur".
Bildirilir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin şöbə rəisi Xalidə Şimşək məlumat verib.
Şöbə rəisi bildirib ki, şikayətlərin əksəriyyəti cavablandırılır və onların əsassız olduğu məlum olur:
"Yoxlamalar zamanı sayğacdan sonrakı qaz xəttində sızmalar araşdırlır. Bunu aydınlaşdırmaq üçün qaz qurğularını bağlayır və bundan sonra sayğacın işləyib işləmədiyinə baxılır. Digər bir ehtimal mənzildaxili sızmalarla bağlıdır. Bunu mənzildaxili yoxlamalar zamanı aşkar edə bilirik".
O əlavə edib ki, çox insanlar əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacları yeni sayğaclarla əvəzləndikdən sonra bu fikirdə olublar:
Bu da smart-kart tipli sayğaclar vasitəsilə insanların mütəmadi olaraq az məbləğdə ödənişlər etməsindən qaynaqlanır. Biz bu abonentlərə smart-kart tipli sayğacla olan ödənişlərin və indiki sayğacla olan ödənişlərin miqdarını təqdim edirik. Böyük fərq olmur".
Xalidə Şimşək qeyd edib ki, problemli sayğaclar da ola bilər və əgər əməkdaşlarımız sayğacda hər hansı problem aşkar edərsə, bu zaman yenilənmə həyata keçirilir.