azia.az
azia.az

Birinci Qarabağ müharibəsi əlillərinə də birdəfəlik ödəmə veriləcək

24-12-2021, 08:36


Birinci Qarabağ müharibəsi əlillərinə də birdəfəlik ödəmə veriləcək.
Birinci Qarabağ müharibəsi əlillərinə də birdəfəlik ödəmə veriləcək
Azia.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı fərmanla bağlı brifinq keçirən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, birdəfəlik ödəmə 17-20 min nəfəri əhatə edəcək.

Nazir müavininin sözlərinə görə, ödəmələr üçün dövlət büdcəsindən ilkin olaraq 50 milyon manat vəsait ayrılıb. Bununla bağlı artıq komissiya da qurulub. Birdəfəlik ödəmə ilə bağlı mexanizm komissiya tərəfindən hazırlanacaq. Birdəfəlik ödəmənin verilməsi qaydası 2 ay ərzində hazır olacaq.

Anar Əliyev birdəfəlik ödəmənin hansı qaydalarla veriləcəyinə də aydınlıq gətirib.

Qeyd edək ki, bundan əvvəl Prezident İlham Əliyevin müvafiq fərmanları ilə 2019-2020-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilməsi proqramını icra edib. 13 minə yaxın şəhidin 18 mindən çox vərəsəsi birdəfəlik ödəmə ilə təmin olunub.hokm.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi