Maaşından pul tutulan vətəndaşların NƏZƏRİNƏ! - Özəl xəstəxanalara da... - VİDEO
Dövlət tibb müəssisələrində aparılması mümkün olmayan müalicələr icbari tibbi sığorta çərçivəsində özəl xəstəxanalara göndərilib.
Azia.az xəbər verir ki, bu barədə danışan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı Elvin Abbasov deyib ki, cari ilin 9 ayının göstəricilərinə əsasən, ölkə üzrə 14 000- dən çox vətəndaş tibbi xidmətlərdən yararlanıb.
Onun sözlərinə görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 27 özəl tibb müəssəsi ilə müqaviləsi var və bu siyahı daim yenilənir.
Bildirilib ki, xidmətlər zərfinə daxil olan, lakin dövlət tibb müəssələrində göstərilməsi mümkün olmayan tibbi xidmətlər özəl klinikalara göndərilir.
Ürək və damar cərrahiyyəsi üzrə əməliyyat keçirən pasiyentlərdən 166 nəfər 18 yaşdan aşağı şəxslərdir.
Qeyd olunub ki, özəl xəstəxana seçimi zamanı xəstənin istəyi nəzərə alınır.
Qeyd edək ki, 2021-ci ilin yanvar-noyabr ayları ərzində icbari tibbi sığorta çərçivəsində 211 uşaq üzərində kardiocərrahi əməliyyat icra olunub.