azia.az
azia.az

“Nar” “Əlilliyi olan şəxslərin məşğulluğu” ilə bağlı keçirilən tədbirdə öz təcrübəsini paylaşıb

19-02-2021, 12:03




18 fevral 2021-ci il tarixində dövlət və özəl müəssisələrin iştirakı ilə "Əlilliyi olan şəxslərin məşğulluğu: İşəgötürənlərin təcrübəsi" adlı virtual dairəvi masa keçirilib. Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı (UNDP) və BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən icra edilən "Əlilliyi olan Qadınların və Dağlıq Qarabağ Müharibəsi Veteranlarının Hüquqlarının və Rifahının Təmin Edilməsi" layihəsi çərçivəsində baş tutub.
“Nar” “Əlilliyi olan şəxslərin məşğulluğu” ilə bağlı keçirilən tədbirdə öz təcrübəsini paylaşıb
Əsas KSM istiqamətlərindən biri də fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası olan “Nar” onlayn tədbir zamanı bu sahə üzrə mövcud təcrübəsini bölüşüb. Mobil operator tərəfindən həyata keçirilən “Təlim məktəbi” layihəsi çərçivəsində paytaxt və regionlardan olan 150-dək fiziki məhdudiyyətli şəxs peşə təlimlərini başa vurmuşdur.

Qeyd edək ki, tədbirin əsas məqsədi əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi və bu barədə məlumatlılığın artırılması üçün ölkədə özəl və dövlət müəssisələri arasında qabaqcıl təcrübə paylaşımını təmin etmək olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi