Evdən çıxmadan yeni "Nar" abunəçisi ol!
Hər zaman xidmətlərini istifadəçilərin tələbləri əsasında formalaşdıran “Nar”, xüsusi karantin rejimində müştərilərinə dəstək məqsədilə, yeni formatda nömrə satışına başlayıb. Pandemiya müddətində müştərilər "narsim.az" vebsaytı üzərindən almaq istədikləri nömrəni seçib birbaşa evə çatdırılma xidmətindən yararlana bilərlər. Çatdırılma sifarişin verildiyi müddətdən sonra 24 saat ərzində həyata keçirilir.
Yeni xidmətdən istifadə etmək üçün müştərilər "narsim.az" saytında nömrə sifarişi zamanı müvafiq bölmədə yaşayış ərazisini qeyd etməlidirlər. Bundan sonra, yaxın ərazi üzrə təyin olunmuş diler müştəri ilə əlaqə saxlayaraq ünvana çatdırılmanı təmin edir. Qeyd edək ki, bu xidmətdən paytaxt sakinləri ilə yanaşı, digər bölgələrdə yaşayan vətəndaşlar da yararlana bilərlər.
Mobil operatorun koronavirusla mübarizəyə dəstək məqsədilə yeni istifadəyə verdiyi digər bir xidmət də “Səyyar Nar” layihəsidir. Bu xidmət vasitəsilə abunəçilər evdən çıxmadan "Nar" xidmət mərkəzlərində göstərilən bütün xidmətləri əldə edə bilərlər. Müraciətlər 777 ‘Çağrı mərkəzi’ üzərindən qəbul edilir. Müraciət zamanı xidmətin göstəriləcəyi dəqiq ünvan, əlaqə nömrəsi və lazım olan xidmət növü qeyd edilməlidir.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,7%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.