azia.az
azia.az

Məhkəmə bu saytlara girişi bağladı

12-05-2017, 15:23

Məhkəmə bu saytlara girişi bağladı


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi Azərbaycanda bəzi saytların bloklanması tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdi.

Musavat.com xəbər verir ki, mərkəz azadlıq.org azadlıq.info, azərbaycansaatı.com, meydan.tv saytlarının, "Turan” telekanalının (Turan TV) və “Azərbaycan saatı” teleproqramının girişə blok qoyulmasını istəyirdi.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin adı çəkilən internet resurslara qarşı iddiası məhkəmə baxışına qəbul edildi və baxıldı.

İddia azadlıq.info, azadlıq.org, azərbaycansaatı.com, meydan.tv saytlarını, Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarına girişin məhdudlaşdırılması ilə bağlı idi.

Məhkəmə idianı qəbul edib və saytların bloklannması qərarını çıxarıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi