2005 məntəqənin nəticəsi hesablanıbErmənistanda ötən gün keçirilən parlament seçkisi ilə bağlı 6 cinayət işi açılıb. Bir nəfər həbs edilib. İstiPress-in məlumatına görə, bu barədə "Sputnik Armeniya" informasiya yayıb.
Cinayət işinin 3-ü paytaxt İrəvanda, qalanları isə əyalətlərdəki pozuntularla bağlı açılıb. Cinayət işləri təkrar və başqasının yerinə səsvermə cəhdləri ilə bağlıdır.
Aprelin 2-də Ermənistan parlamentinə seçkilər keçirilib. Ölkə Baş Prokurorluğunun İşçi Qrupu ötən gün seçki başa çatdıqdan sonra seçki pozuntularına dair 1594 qanun pozuntusunu araşdırdığı haqqında məlumat yayıb.
Artıq Mərkəzi Seçki Komissiyası 2005 məntəqədəki nəticələri (99 faiz) hesablayıb. İlkin nəticələrə görə parlamentə dörd partiya və blok lazım olan səs fazini toplaya bilib. İlk pillədə hakim "Respublika" partiyasıdır (49,15%).