azia.az
azia.az

"25 il ərzində Azərbaycan mühüm siyasi, iqtisadi, sosial nailiyyətlər əldə edib"

20-01-2017, 14:03

"25 il ərzində Azərbaycan mühüm siyasi, iqtisadi, sosial nailiyyətlər əldə edib"
İyirmi beş illik müstəqillik ərzində Azərbaycan mühüm siyasi, iqtisadi və sosial nailiyyətlər əldə edib.

Trend-in "Times of Islamabad" qəzetinə istinadən məlumatına görə, bunu Azərbaycanın Pakistandakı səfirliyində 20 yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı təşkil edillmiş tədbirdə çıxış edən Pakistanın keçmiş xarici işlər naziri Abdul Səttar deyib.

Onun sözlərinə görə, Pakistan Ermənistanın Azərbaycan ərazilərini işğal etməsindən sonra BMT-də işğalçı qoşunların çıxarılması çağırışını edən ilk ölkələrədən olub.

Keçmiş nazir qeyd edib ki, Pakistan və Azərbaycan bu gün də qardaşlıq münasibətlərinə sahibdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi