azia.az
azia.az

Spiker 104 məmur övladını Milli Məclisdən qovdu: “Oqtay Əsədovun mafiyası…” – VİDEO

21-02-2022, 17:04

Spiker 104 məmur övladını Milli Məclisdən qovdu: “Oqtay Əsədovun mafiyası…” – VİDEO
Milli Məclisin sədri Sahibə Qafarova Parlamentdə çalışan 104 məmur övladını işdən çıxarıb.

Gundem.az xəbər verir ki, bu barədə məlumatı “Yeni Müsavat” Media qrupunun rəhbəri, əməkdar jurnalist Rauf Arifoğlu Xural TV-yə müsahibəsində deyib.

O, bildirib ki, spiker özündən əvvəlki rəhbərliyin, yəni Oqtay Əsədovun qurduğu mafiyanı dağıdıb:

“Bir müddət əvvəl spiker Sahibə xanımla görüşdüm. Çox böyük işlər görülür. Oqtay Əsədov orada bir mafiya yaratmışdı. Nazir balalarını, icra başçılarının övladları, yaxınlarını yığmışdı Milli Məclisə. Sahibə xanım bu mafiyanı məhv edib. Təsəvvür edin ki, 104 nəfər məmur övladı, yaxınını işdən çıxarıb. Özü də heç bir tapşırıq olmadan”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi