İrəvan Bayramovun Mirzoyanla görüşünü ləğv etdiyini açıqlayıb
İrəvan Bayramovun Mirzoyanla görüşünü ləğv etdiyini açıqlayıb
Stokholmda ATƏT-in Nazirlər Şurasının 28-ci iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutmayıb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan bildirib.
İkitərəfli görüşün ləğv edilməsinin səbəbləri açıqlanmayıb.
Xatırladaq ki, bir müddət əvvəl Aİ Xarici İşlər Nazirliyinin nümayəndəsi Lyuc Pyer Devin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüşün dekabrın 2-də baş tutacağını rəsmən bildirmişdi.