azia.az
azia.az

VƏZİYYƏT DƏYİŞDİ: Rusiya Azərbaycanın şərtlərini qəbul edib

2-09-2021, 12:25

VƏZİYYƏT DƏYİŞDİ: Rusiya Azərbaycanın şərtlərini qəbul edib
"Lavrov-Mirzoyan görüşündə diqqətçəkən əsas məqamlar birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq Lavrovun bir dəfə də olsun "status" məsələsinə toxunmaması idi".

Azia.az xəbər verir ki, bunu Moskvada yaşayan siyasi ekspert Fərid Əkbərov deyib.

VƏZİYYƏT DƏYİŞDİ: Rusiya Azərbaycanın şərtlərini qəbul edib
O bildirib ki, rəsmi Moskva yaxşı başa düşür ki, Azərbaycan güc yolu ilə özu torpaqlarını işğaldan azad edib və Qarabağın "status" məsələsini birdəfəlik gündəmdən çıxarıb:

"Rusiya XİN başçısı erməni tərəfinin uzun müddətdir ki, daim gündəmdə saxlamağa çalışdığı Azərbaycanda saxlanılan erməni diversantların geri qaytarılması, Azərbaycanın güya, 10 noyabr üçtərəfli bəyanatının əsirlərin dəyişdirilməsi ilə bağlı 8-ci bəndini yerinə yetirməməsi ilə bağlı erməni media nümayəndəsinin sualına cavabı ilə erməni tərəfində soyuq duş effekti yaratmış oldu. Lavrov "Əgər dəqiq olsaq, 9 noyabr bəyanatında qeyd olunan hərbi əsirlər həmin vaxta qədər əsir götürülənlərdir. Azərbaycandakı erməni hərbçilər isə 9 noyabr bəyanatından sonra, noyabrın sonunda saxlanılıblar", deməklə Paşinyanın parlamentdən xarici işlər nazirliyinə transfer etdiyi Ararat Mirzoyanın Azərbaycanı qeyri-konsktruktivlikdə ittiham etməsi iddialarına cavab vermiş oldu. Bu cavabda Rusiyanın baş diplomatının dəqiqliyə istinad etməsi isə artıq Moskvanın da "forpost"u olduğu İrəvanın qeyri-konstruktiv siyasətindən bezdiyi anlamına gəlir. Fikrimcə, Rusiya açıq aydın Ermənistana demiş oldu ki, 9 noyabr üçtərəfli bəyanatı imzalanandan sonra, əsir düşən ermənilər hərbi əsir deyillər və buna görə məsuliyyəti Moskva deyil, məhz İrəvan özü daşıyır. Lavrovun bu bəyanatında ən diqqətçəkən məqam isə "hərbi əsirlər"lə bağlı son qərar bizdən asılı deyil" deməsi idi. Rusiya xarici siyasət idarəsinin rəhbəri Azərbaycan tərəfinə heç bir şərt olmadan həmin erməni vətəndaşlarını azad etməklə bağlı çağırış etdiklərini, lakin son qərarın rəsmi Bakının verəcəyi qərardan asılı olduğunu söyləyib. Rusiya faktiki olaraq Ermənistana anlaşma təklifi edir, əgər həmin diversantları geri almaq istəyirsinizsə, onda Azərbaycana qarşılığında nəsə təklif etməlisiniz.

Bu mövzunun Moskvanı bezidirdiyi açıq-aydın görünür. Hər gün Rusiya XİN-in qarşısında ermənilər "hərbi əsirlər"i azad et şüarı ilə təknəfərlik etiraz aksiyası keçirirlər. Ötən ilin dekabrından bu günə kimi hər gün təknəfərlik etiraz aksiyası davam edir. Bununla belə, mətbuat konfransında Lavrov minalanmış ərazilərin xəritəsi məsələsinə ötəri toxunsa da, I Qarabağ müharibəsində itkin düşən azərbaycanlılardan danışmadı. Burada təəccüblü nəsə bir şey yoxdur. Birgə mətbuat konfransı Rusiya-Ermənistan xarici işlər nazirlərinin idi. Lavrov azərbaycanlı həmkarı ilə görüşmürdü ki, həmin tədbirdə o sual səslənsin və ya o mövzuya toxunulmaq şansı olsun.

Lavrov-Mirozyan görüşünün ikinci mühüm məqamı isə Ermənistan XİN başçısının həm ikitərəfli görüşdə, həm də birgə mətbuat konfransında mövcud olmayan Dağlıq Qarabağın "statusu" məsələsini dəfələrlə qaldırmasına baxmayaraq Rusiya XİN başçısının bir dəfə də olsun bu məsələyə toxunmaması idi. Buna qədər dəfələrlə Rusiya rəsmiləri tərəfindən Qarabağın "statusu" ilə bağlı bəyanatların şahidi olmuşuq. Bu dəfə isə Lavrov bir dəfə də olsun "status" məsələsinə toxunmadı. Bu o deməkdir ki, artıq şimal qonşumuz regionda Azərbaycanın yeni şərtlər yaratdığının fərqindədir. Rəsmi Moskva yaxşı başa düşür ki, Azərbaycan güc yolu ilə özu torpaqlarını işğaldan azad edib və Qarabağın "status" məsələsini birdəfəlik gündəmdən çıxarıb.

Lavrov-Mirzoyan görüşünün bizim üçün vacib olan üçüncü məqamı isə Rusiyanın baş diplomatının ATƏT-in Minsk qrupunun fəaliyyətinin bərpa olunması ilə bağlı suala cavabı idi. Lavrov bildirdi ki, heç nəyi bərpa etmək lazım deyil, imzalanmış 9 noyabr və 11 yanvar razılaşmalarını icrasını həyata keçirmək lazımdır. Bu isə o deməkdir ki, Minsk Qrupunun həmsədrləri ilə bağlı Rusiya və Azərbaycanın mövqeyi tamamilə üst-üstə düşür. Rusiya Minsk Qrupu həmsədrlərinin siyasi cəhətdən fəaliyyətinin bərpa etmək istəmir. Moskva da Bakı kimi hesab edir ki, həmsədrlərin fəaliyyəti ancaq humanitar formada bərpa oluna bilər. Rusiya bununla da ABŞ və Fransanı Qarabağ ətrafındakı proseslərdən uzaqda tutmağa çalışır".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi