Merkel Zelenskini sıxışdırmağa gəlir - Klimkin
Ukrayna Prezidenti Vladimir Zelenski ilə Almaniya kansleri Angela Merkelin danışıqları ciddi təhdid kəsb edir.
Azia.az xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Pavel Klimkin deyib.
Onun sözlərinə görə, Merkel Zelenskini ölkə üçün qəbuledilməz kompromislərə getməyə məcbur edə bilər.
“Avropanın hərbi və enerji təhlükəsizliyinin təmini üçün Ukrayna ətrafındakı situasiyanın stabilləşməsi kanslerin hədəfidir. Mən düşünürəm ki, Merkellə görüşdən öncə Zelenski və ya onun komandasından kimsə amerikalılarla, Avropa Birliyi ilə, polyaklarla kontakta girməli və bizim oyunun dəqiq matrisini qurmalıdır”.