"Qarabağda sülhməramlıların Qələbə paradı keçirməsini tənqid etmək yanlışdır" - Markov - EKSKLÜZİV
Qarabağda sülhməramlıların Qələbə paradı planlaşdırması ilə əlaqədar rusiyalı politoloq, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Sergey Markovla əlaqə saxladıq.
Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi saytında Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının Böyük Vətən müharibəsinə həsr olunmuş təntənəli yürüş üçün Xankəndi aerodromunda təlim keçirdiyi ilə bağlı məlumat verilib.
Qazet.az-ın xəbərinə görə, məlumatda Xankəndinin yerinə "Stepanakert" sözündən istifadə edilib.
Məsələ ilə əlaqədar rusiyalı politoloq, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Sergey Markovla əlaqə saxladıq.
Markovun sözlərinə görə, "Stepanakert" əvəzinə Xankəndi adının istifadəsi məsələsi Azərbaycan tərəfindən kifayət qədər qaldırılmır.
"Bu, bu cür paradların demək olar ki, Rusiya Silahlı Qüvvələrinin qarnizonlarının olduğu hər yerdə keçirilməsi ilə bağlıdır. Parad yalnız Moskvada deyil, hər hansı bir kiçik şəhərdə, regional mərkəzdə və hətta kiçik bir əhalinin yaşadığı və yalnız bir qarnizonun olduğu yerlərdə də keçirilir".
- Rusiya Federasiyası Müdafiə Nazirliyinin saytında niyə Azərbaycanın Xankəndi şəhərinin adı "Stepanakert" kimi istifadə olunur? Bu, Rusiya hakimiyyətinin müəyyən bir mövqeyini əks etdirir?
“Bunun səbəbi bu məsələnin Azərbaycan tərəfindən kifayət qədər qaldırılmamasıdır. Əminəm ki, rus sülhməramlıları yaxın gələcəkdə Xankəndi-Stepanakert ikili adından istifadə etməyə hazır olacaqlar. Daha sonra yalnız Xankəndi istifadə ediləcək. Məsələ burasındadır ki, "Stepanakert" sözü böyük ehtimalla daha çox vərdiş halını aldığı üçün istifadə olunur, çünki həmin ərazidə yerləşdirilən sülhməramlılar bu addan istifadə edən ermənilərin əhatəsində yaşayırlar. Ancaq Rusiyanın rəsmi mövqeyi budur ki, bu şəhər Azərbaycanın ayrılmaz hissəsidir və bu mənada Xankəndi adının istifadə edilməsi məntiqlidir.
Buna görə hesab edirəm ki, Azərbaycan bu məsələni düzgün formada qaldırmalı idi. Qərarın Rusiya Federasiyası Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi səviyyəsində verildiyinə əmin olmaq lazımdır".
- Rusiya Federasiyasının sülhməramlıları niyə faşizm üzərində Qələbə Gününə həsr edilmiş parad üçün ayrılıqda təlim keçirlər və niyə bunu Dağlıq Qarabağ ərazisində etməyi planlaşdırırlar?
- Bu cür tədbirlər yerli hakimiyyət orqanlarının razılığı ilə həyata keçirilir?
- "Təbii ki, bunu Azərbaycan tərəfi ilə razılaşdırmaq düzgün addımdır. Düşünürəm ki, Azərbaycan özü bu sazişi bağlamağı təklif etməli və bu barədə hansısa mənfi formada danışmamalıdırlar. Qələbə Paradına qarşı hər hansı bir mənfilik qıcıq yarada bilər. Rusiya Silahlı Qüvvələrinin 9 may paradını Bakıdan icazə istəmədən keçirməsini tənqid etmək yanlışdır. Əminəm ki, Azərbaycan tərəfi bunu yaxşı bilir və bu səbəbdən də bu hadisəyə müdaxilə etmir".
Kənan Abid