Tramp Rusiyanı “Böyük səkkizliyə” qaytarmaq istəyir
ABŞ prezidenti Donald Tramp Rusiyanın yenidən “Böyük səkkizliyə” qayıtması təklifi ilə çıxış edib. TASS xəbər verir ki, o bu haqda Vaşinqtonda Rumıniya prezidenti Klaus Yohannislə görüşü zamanı jurnalistlərə bildirib.Bildirilir ki, ABŞ prezidenti Rusiyanın G8 formatına qayıdışını məqsədəuyğun hesab edir. “Mən düşünürəm, Rusiyanın G8-də olmasl daha məqsədəuyğun olardı”, - deyə Ağ Evin başçısı bildirib. Onun fikrincə, Putinin Obamanı üstələməsi Vaşınqtonun vaxtı ilə bu qərara dəstək verməsi ilə nəticələndi.