azia.az
azia.az

Saxta dərmanlar apteklərə necə yol tapır? – Ekspert dərman bazarındakı xaos haqda... Saxta dərmanlar apteklərə necə yol tapır? – Ekspert dərman bazarındakı xaos haqda... "Azərbaycanda hər iki dərmandan biri keyfiyyətsizdir”

26-04-2019, 12:27

Saxta dərmanlar apteklərə necə yol tapır? – Ekspert dərman bazarındakı xaos haqda... Saxta dərmanlar apteklərə necə yol tapır? – Ekspert dərman bazarındakı xaos haqda...     "Azərbaycanda hər iki dərmandan biri keyfiyyətsizdir”
"Azərbaycanda hər iki dərmandan biri keyfiyyətsizdir”
Sfera.az-a açıqlamasında bunu Azərbaycana gətirilən dərman preparatlarının keyfiyyəti məsələsinə toxunarkən tibb elmləri doktoru Adil Qeybulla deyib: "Azərbaycanda keyfiyyəti aşağı olan dərmanlar həddən artıq çoxdur. Keyfiyyət parametrinin aşağı olması dərman preparatının tərkibinə daxil olan dad, rəng, struktur verən dərman əlavələrinin özlərinin də nələrdən ibarət olmasından irəli gəlir. Yəni, elə dərman əlavələri var ki, onlar orqanizmə təsir baxımından effektsizdir. Məsələn, dərman maddəsinin üzərində olan kapsulun özünün də nədən, hansı jelatindən hazırlanmasının böyük əhəmiyyəti var. Bu mənada demək olar ki, keyfiyyəti aşağı olan dərman preparatları ölkəmizin dərman bazarında yetərincədir. Dərman bazarında bir xaos hökm sürür. Bu xaos da ondan ibarətdir ki, ölkəyə lazım olan dərman preparatının özünü tapa bilmirsən, amma eyni cür antibiotikdən yüzü var”.
Ekspert düşünür ki, Dövlət Farmakopeyası yaradılmalı, dərman maddələrinin dövlət reyestri olmalı, ayrı-ayrı tibbi təyinatlı kommersiya qurumları yalnız konkret dərman idxalı ilə məşğul olmalıdırlar: "Bu iş tamamilə kökündən yenidən qurulmalıdır. Ondan əvvəl isə bu məsələ ətrafında yaranan koorporativ maraqlar aradan qaldırılmalıdır. Çünki məhz koorporativ maraqlar keyfiyyətsiz dərman bazarının "çiçəklənməsinə” rəvac verir. Ölkədə "Alman” apteki, "Britan” apteki var. Almaniyanın daxili bazarında istehsal olunan dərmanla buradakı "Alman” aptekində olan dərman arasında fərq var. Bunu hiss edirik. Bu mənada düşünürəm ki, keyfiyyətsiz dərmanlar Azərbaycan dərman bazarının ən azından yarısını təşkil edir”.
Qeyd edək ki, Beynəlxalq Dərman Təhlükəsizlik İnstitunun araşdırmsına görə bazarda hər 10 dərmandan 7-si keyfiyyətsizdir. İnstitutun məlumatına görə, keyfiyyətsiz dərman dövriyyəsi ildə 200 milyard dolları keçir ki, bu da əczaçılıq bazarının 20 faizi deməkdir. Azərbaycanda da gətirilən dərmanlar heç də tamamilə keyfiyyət göstəricilərinə cavab vermir.





Elçin


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi