Apteklərdən sığorta ilə dərmanların necə alınacağı müəyyənləşir – Deputat açıqladı (VİDEO)
İcbari tibbi sığorta çərçivəsində ambulator və ya stasionar şəraitdə istifadəsinə təminat veriləcək dərman vasitələri xidmətlər zərfi ilə müəyyən ediləcək. İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, sığorta hadisəsi zamanı şəxsin tibbi yardım alması ilə bərabər onların dərman və tibb vasitələrindən istifadə etməsini təmin edəcək.
Xəbər verilir ki, bunu Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib.
Müşfiq Məmmədli İcbari tibbi sığorta çərçivəsində apteklərdən dərmanların necə alınacağından da danışdı.
Bildirildi ki, heç bir sui istifadə hallarına yol verməmək şərtilə burada da nəzarət mexanizmləri qurulacaq.
Daha ətraflı Xəzər Xəbərin videomaterialında: