azia.az
azia.az

Çox insanda rast gəlinən bu çuxur nədir? - FOTO

5-09-2024, 09:19

Hər bir insanın bədəninin fərqli xüsusiyyətləri var. Ayaq və əl barmaqlarımızın heç biri başqa birinə bənzəmir. Bəzi insanların qulaqlarının yanındakı boşluq isə hər kəsdə olmayan bir xüsusiyyətdir. 

 

Sfera.az bildirir ki, Preorikulyar sinus adlanan bu boşluq ilk dəfə 1864-cü ildə tibbi ədəbiyyatda tapılan boşluğu təsvir edir.

 

Bu boşluq hər 3 nəfərdən 2-də görünmür. Dünya əhalisinin yalnız 1%-də bu irsi xüsusiyyət var.

 

 

ABŞ-ın təkamülçü bioloqu və məşhur elm yazıçısı Nil Şubinə görə, qulağın dibindəki bu dəliklər bədənimizdəki balıq üzgəclərinin təkamül qalıqlarıdır.

 

Bu çuxurlar ana bətnində inkişaf zamanı əmələ gəlir və qulağın görünən hissəsinin, pinnanın qüsurlu birləşməsindən qaynaqlandığı güman edilir.

 

Çox nadir olsa da, ciddi bir xəstəliyə səbəb olmayan bu çuxurlarda infeksiya inkişaf edə bilər. Bu zaman müalicə üsulu adətən sadəcə antibiotik olur.

 

Aysel

Sfera.az





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi