ÜST Azərbaycana meymunçiçəyi ilə mübarizədə əsas tövsiyələrini açıqladı
Hazırda Azərbaycanda meymunçiçəyi (Mpox) xəstəliyinə yoluxma halı qeydə alınmayıb.
Azia.az bloqu xəbər verir ki,bu barədə apa-nın sorğusuna cavab olaraq ÜST-nin Azərbaycandakı Ölkə Ofisindən bildirilib.
Əvvəllər meymunçiçəyi kimi tanınan Mpox-a görə, bir neçə Afrika ölkəsində baş verən epidemiyalardan sonra avqustun 14-də iki il ərzində ikinci dəfə beynəlxalq narahatlıq doğuran ictimai sağlamlıq fövqəladə vəziyyəti (PHEIC) elan edildiyi xatırladılıb: “Virus ilin əvvəlindən bəri Konqo Demokratik Respublikasında həm böyüklərdə, həm də uşaqlarda (Clade Ia və Ib) 14 mindən çox yoluxma halı və 500-dən çox ölümə səbəb olub.
Məlumatda deyilir ki, ÜST qlobal Mpox multi-ölkə riskininin qiymətləndirilməsini kəskin 3-cü dərəcəli fövqəladə vəziyyət dərəcəsinə yüksəldib və mövcud tövsiyələrin genişləndirilməsi və peyvəndlərin fövqəladə istifadə siyahısı üçün proseslərin başlanması daxil olmaqla, vəziyyəti həll etmək üçün müxtəlif tədbirlər görür.
ÜST, təklif edildiyi təqdirdə, insanları Mpox əleyhinə peyvənd olunmağa çağırır: “Bununla belə, əgər risk qrupuna aid deyilsinizsə və ya 2022-ci ildə başlanan epidemiyadan bəri Mpox peyvəndi olunmusunuzsa, ÜST Mpox peyvəndi olunmağı tövsiyə etmir. Artıq Clade II Mpoxu keçirmiş və ya Mpox peyvəndi olanların Mpox Clade I virusundan ağır xəstəliyə tutulması ehtimalından qorunacağı gözlənilir”.
Virusun hazırda Konqo Demokratik Respublikası, Burundi, Ruanda, Uqanda, Cənubi Afrika və Keniya da daxil olmaqla bir neçə Afrika ölkəsində yayıldığı diqqətə çatdırılıb: “Bu ölkələrə gedənlər səyahət tövsiyələrini nəzərdən keçirməli və Mpox-a yoluxmasını ehtimal etdikləri şəxslərlə yaxın təmasdan qaçmaq kimi ehtiyat tədbirləri görməlidirlər”.
Xəstəlikdən ölüm ehtimalı sənədləşdirilmiş hallarda 0 ilə 11% arasında dəyişib.