azia.az
azia.az

Həkimlərdən YODla bağlı XƏBƏRDARLIQ

6-02-2022, 09:25


Rusiyalı cərrahlar yodun istifadəsi ilə bağlı xəbərdarlıq ediblər.
Həkimlərdən YODla bağlı XƏBƏRDARLIQ
Bildirilir ki, cərrahlar yaraların dezinfeksiyası üçün yodun spirtli məhlulundan istifadə etməməyi tövsiyə edirlər. Adətən evdə istifadə etdiyimiz "klassik" yod məhz spirtli məhluldur. Belə yod dərini yandırır, yaranın vəziyyətinin daha da pisləşməsinə səbəb olur.

Həkimlər xəbərdarlıq edir ki, yodun spirtli məhlulu yalnız dərin olmayan sıyrıntıların işlənməsi zamanı istifadə oluna bilər. Açıq yaralara belə yodu çəkmək olmaz. Onu yaraya yox, yalnız yara ətrafına (zədələnməmiş dəriyə!) çəkmək olar. Bu açıq yaraya mikrobların düşməsinə mane olur.

Mütəxəssislər yaraların dezinfeksiyası üçün müasir yod məhlullarından istifadə etməyi tövsiyə edirlər. Söhbət yodun su məhlullarından gedir. Bu, məsələn, betadin, yodopiron və s. ola bilər. Bu məhlullar açıq yaraların dezinfeksiyası üçün uyğun gəlsə də, selikli qişalarda onlardan istifadə olunmur.

Nəzərə almaq lazımdır ki, yodun spirtli və ya sulu məhlulları allergik reaksiyalara səbəb ola bilər və həmçinin bəzi qalxanvari vəzi xəstəlikləri, böyrək çatışmazlığı zamanı onlardan istifadə yolverilməzdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi